Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI
31 mart 2022 12:57 (UTC +04:00)

Rusiyanın Ukraynadakı itkilərinin SON STATİSTİKASI

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin ümumi sayı açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, indiyədək 17 500 Rusiya hərbçisi zərərsizləşdirilib.

Eyni zamanda, Rusiyanın 135 təyyarə, 131 helikopter, 614 tank, 1735 zirehli döyüş maşını, 311 artilleriya qurğusu, 54 hava hücumundan müdafiə sistemi, 96 reaktiv yaylım atəş sistemi, 75 yanacaq çəni, 9 PUA, 7 qayıq, 1201 avtomobil texnikası, 81 ədəd dron, 22 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket komplesi məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Fidan İlqar

Oxşar yazılar