Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində hərbi kolona güclü zərbə endirib.
Lent.az yerli teleqram kanallarına istinadla xəbər verir ki, hərbi kolona 12 ədəd HIMARS raketləri ilə hücum edilib.
Nəticədə 26 rusiyalı hərbçi ölüb, 100-dən çoxu yaralanıb. Məlumata görə, kolon 13 zirehli hərbi “Ural” və piyadaları daşıyan “KaMAZ” yük maşınından ibarət olub.
Ukrayna teleqram kanalları qeyd edir ki, bu əməliyyat müharibədə ən qanlı və ən kütləvi ölümlərin olduğu hücumlardan biridir.