Rusiyanın bu ərazisində miqrantlar işə götürülməyəcək
29 fevral 2024 12:18 (UTC +04:00)

Rusiyanın bu ərazisində miqrantlar işə götürülməyəcək

Saxa (Yakutiya) Respublikasının hakimiyyət orqanları taksi işlərində, avtomobil yükdaşımalarında, avtomobil və motosiklet təmiri sexlərində işləmək üçün xarici vətəndaşların işə götürülməsini qadağan edib. Normativ hüquqi aktlar portalında dərc olunan fərmanı Yakutiyanın rəhbəri Aisen Nikolaev imzalayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadağa 2024-cü ilin sonunadək qüvvədə qalacaq. İşəgötürənlərə şirkətlərinin kadr səviyyələrini yeni tələblərə uyğunlaşdırmaq üçün üç ay vaxt verilib.

Miqrantlara həmçinin kənd və meşə təsərrüfatı, ovçuluq, balıqçılıq, istehsalat, tikinti, topdan və pərakəndə ticarət, mehmanxana və iaşə obyektlərində işləmək, daşınmaz əmlakla məşğul olmaq da qadağan edilib.

Qadağalar siyahısına iqtisadi fəaliyyətin müəyyən növləri, o cümlədən səhiyyə və sosial xidmətlər sahəsində təhsil və işlə bağlı olanlar da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Oxşar yazılar