Rusiyalı əsgərin valideyni ilə telefon danışığı:  "Aclıqdan başım hərlənir"
17 mart 2022 18:59 (UTC +04:00)

Rusiyalı əsgərin valideyni ilə telefon danışığı: "Aclıqdan başım hərlənir"

Ukrayna xüsusi xidmət orqanları rusiyalı əsgərin valideynləri ilə telefon danışığını ələ keçirib.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, əsgər bildirib ki, komandirlər onları ataraq qaçıb.

“Burada dəhşətli döyüşlər gedir. Üç dəfə mühasirədən çıxmağa çalışdıq, alınmadı. Biz yeməksiz qalmışıq. Heç bir tibbi ləvazimat yoxdur. Aclıqdan başım hərlənir. Ancaq su içirik”, -  o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Oxşar yazılar