Rusiyada əcnəbilərin müvəqqəti yaşayış müddəti uzadılır
21 aprel 2021 19:15 (UTC +04:00)

Rusiyada əcnəbilərin müvəqqəti yaşayış müddəti uzadılır

Rusiya Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara müvəqqəti yaşayış müddətini uzatmaq üçün qurumun bölmələrinə təkidlə müraciət etmələrini tövsiyə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev xarici vətəndaşlara müraciət edərək bildirib.

"Prezidentin koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Rusiyadakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən müvəqqəti tədbirlər haqqında fərmanına müvafiq olaraq müəyyən edilmiş miqrasiya qanunvericiliyini pozaraq Rusiya ərazisində olan əcnəbilərə bu vəziyyətdə nəzərdə tutulan sanksiyalar tətbiq edilmədən onlara hüquqi statuslarını  həll etmək imkanı verilir. Bununla əlaqədar qanuni əsasları olmadan Rusiya Federasiyası ərazisindənolan şəxslər Rusiya Daxili İşlər Nazirliyinin ərazi üzrə qurumlarına müraciət etmələri təkidlə tövsiyə olunur", -  nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Oxşar yazılar