Ramzan Kadırov Ukrayna əhalisini  TƏHDİD ETDİ
15 mart 2022 23:26 (UTC +04:00)

Ramzan Kadırov Ukrayna əhalisini TƏHDİD ETDİ

Çeçenistanın rəhbəri Ramazan Kadırov Ukrayna əhalisini təhdid edən video yayımlayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kadırov həmin görüntüləri "Telegram" kanalında paylaşıb. Videonun Kiyev yaxınlığındakı Qostomeldə çəkildiyi bildirilir. 

Həmin görüntülərdə Kadırov və çeçen əsgərlərinin olduğu otaqda planları stolun üstünə qoyması və təhlil etməsi diqqətdən yayınmayıb.

Kadırov bildirib ki, ötən günlərdə Kiyevdən 20 kilometr uzaq məsafədə olsalar da, indi daha yaxındılar:

“Biz sizə göstərəcəyik ki, rus praktikası müharibəni xarici nəzəriyyədən və hərbi ekspertlərin məsləhətindən daha yaxşı aparır. Bizim tək istəyimiz başladığımız işi tez başa çatdırmaqdır”. 

O, həmçinin vuğlayıb ki, Ukrayna ordusu Rusiya və Çeçenistanın biləşmiş  ordusu ilə qarşılaşanda qaçır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5010

Oxşar yazılar