Qum fırtınası 1000-dən çox insanı xəstəxanalıq etdi
04 avqust 2024 14:12 (UTC +04:00)

Qum fırtınası 1000-dən çox insanı xəstəxanalıq etdi

İranda qum fırtınasıyla əlaqədar 1362 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, qum fırtınası Sistan-Beluçistan ostanının şimalında daha güclü olub.

Qum fırtınası 1 milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərini əhatə edib, son 5 gündə 1362 nəfər xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Oxşar yazılar