Haitidə ölkənin hökumət başçısı Ariel Henrinin təyyarəsi hava limanında atışma səbəbilə ölkənin paytaxtı Port-o-Prinsin hava limanına enə bilməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, baş nazirin Keniyada səfərdə olduğu bir vaxtda Haiti quldur dəstələrinin birliyi paytaxtda həyatı iflic edib.
Yerli medianın məlumatına görə, quldurlar "güc çatışmazlığından" istifadə edərək Haitinin əsas beynəlxalq hava limanında polislə atışmaya başlayıblar. Baş nazir hava limanında atışmanın pik nöqtəsinə tuş gəlib.
Təhlükəsiz eniş edə bilmədiyi üçün təyyarə hava limanını dəyişmək məcburiyyətində qalıb və Puerto-Rikoya eniş edib.