Qohumlarını vəzifəyə gətirən baş nazirə  cinayət işi açıldı
05 mart 2024 16:25 (UTC +04:00)

Qohumlarını vəzifəyə gətirən baş nazirə cinayət işi açıldı

Peru Baş Prokurorluğu Nazirlər Şurasının sədri Alberto Otarolaya qarşı qohum və tanışlarının dövlət vəzifələrinə gətirilməsinə pozuntularla bağlı cinayət işi açıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, artıq baş nazirlə bağlı ilkin araşdırmalara başlanılıb.

Baş nazir “qanunsuz himayədarlıq”da və dövlət qulluqçusunun “vəzifəsinə uyğun gəlməyən hərəkətlərə” təhrik etməkdə şübhəli bilinir. Baş Prokurorluq yaydığı məlumatda bildirib ki, belə faktlardan biri Yacire Vazquezin Müdafiə Nazirliyində işə götürülməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9936
avatar

Oxşar yazılar