Qızın dodaqlarından öpən general vəzifəsini itirdi
06 sentyabr 2024 13:42 (UTC +04:00)

Qızın dodaqlarından öpən general vəzifəsini itirdi

Britaniya ordusunda general-mayor sərxoş halda bir qızın dodaqlarından öpdüyü üçün vəzifəsini itirib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, general-mayor Ceyms Roddis qızın razılığı olmadan onun dodaqlarından öpdüyünü etiraf edib. Zabit karaoke barda tanımadığı qızın saçlarına toxunmağa başlayıb, sonra isə onu öpüb.

Generalın vəkilinin sözlərinə görə, müdafiə etdiyi qızın onun öpüşünə razı olmadığını anlamayıb.

Hadisədən sonra Roddis öz istəyi ilə istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Oxşar yazılar