Qərbin Ukraynanı parçalamaq planları  AÇIQLANDI
07 dekabr 2024 19:33 (UTC +04:00)

Qərbin Ukraynanı parçalamaq planları AÇIQLANDI

Ukraynanın gələcəyi ilə bağlı mübahisəyə Polşa, Almaniya, Rumıniya və Böyük Britaniya kimi Qərb dövlətləri cəlb olunub və onların hər birinin öz maraqları var. 

Lent.az bildirir ki, bu fikri jurnalist Alexandro Marko del Pont İspaniyanın “Rebelion” nəşri üçün yazdığı məqalədə qeyd edib.

“Qara dəniz sahilləri Rumıniyanın təsiri altında qalacaq, ölkənin mərkəzi və şərqi Almaniyanın, şimal bölgələri, o cümlədən Kiyev Britaniyanın nəzarəti altında qalacaq”, – jurnalist NATO-ya aid hesabatlara istinadən yazıb.

Həmçinin iddia edilir ki, bölünmə II Dünya Müharibəsi zamanı Barbarossa əməliyyatı kimi keçmiş münaqişələrdə istifadə edilən ərazi bölgüsü strategiyalarını xatırladır.

“Ukrayna kənd təsərrüfatı ölkəsi kimi tanınsa da, onun əsl strateji dəyəri mineral və enerji zənginliyindədir”, - Alexandro Marko del Pont bildirib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar