Qasırğa  45 nəfəri öldürdü
02 oktyabr 2022 00:32 (UTC +04:00)

Qasırğa 45 nəfəri öldürdü

ABŞ-ın Florida ştatında “İen” qasırğası 45 nəfərin ölümünə səbə olub.

Lent.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16, Şarlotta rayonunda 12, Kollier rayonunda 8 nəfər ölüb.

Təbii fəlakət ştatda dağıntılara səbəb olub.

Çox sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, bu ştat tarixində ən dağıdıcı qasırğa olub.

# 1770
avatar

Oxşar yazılar