Özünü peyğəmbər adlandıran şəxs çoxarvadlılıqdan   danışdı
10 aprel 2024 14:28 (UTC +04:00)

Özünü peyğəmbər adlandıran şəxs çoxarvadlılıqdan danışdı

Özünü peyğəmbər hesab edən keniyalı keşiş üç arvadlılıqdan danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Vineyard of Deliverance Ministries”in keşişi, 52 yaşlı Cozef Akpata üç qadınla evlənib. İlk evliliyi 1999-cu ildə, ikincisi 2010-cu ildə və üçüncüsü 2020-ci ildə baş tutub.

Ailə eyni evdə yaşayır və Akpatanın qadınların hər birindən uşaqları var. Hər üç arvadı bir-biri ilə yaxşı anlaşır və ərini gözəl insan hesab edir.

Kişinin dediyinə görə, o, arvadlarına səmimiyyətlə deyib ki, onun ehtiyaclarını ödəyə bilməyəcəyi üçün bir qadın ona çatmır. Akpata hesab edir ki, monoqamiya ideyası hər insanın yalnız bir həyat yoldaşının olması lazım olduğunu yazan həvari Pavelin sözlərinə görə tətbiq edilib. Akpata özü çoxarvadlılığını ilahi hökm kimi izah edir və tənqidçiləri Müqəddəs Kitaba istinad edir. Əhdi-Ətiqin peyğəmbərləri çox vaxt çoxarvadlı olublar və keşiş məhz onlara diqqət yetirir.

İnternetdə çox adam Akpatanı dəstəkləyib. Şərhçilər yazırlar ki, tək arvad Qərbdən gələn normadır və Afrika ölkələrində çoxarvadlılıq həmişə qəbul edilmiş bir təcrübə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Oxşar yazılar