Müharibənin əvvəlində Zelenskini  öldürməyə cəhd edənlərin   adları AÇIQLANDI
05 mart 2024 19:30 (UTC +04:00)

Müharibənin əvvəlində Zelenskini öldürməyə cəhd edənlərin adları AÇIQLANDI

Müharibənin əvvəlində Ukrayna prezidenti Vladimir Zelenskini öldürməyə cəhd edən Rusiyadan olan qatillər haqqında məlumatlar ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev “YouTube”da Mixail Zıqarla müsahibəsində məlumat verib.

O, iddia edir ki, genişmiqyaslı əməliyyat başlamazdan əvvəl Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılardan ibarət elit qrupu Ukraynanın ali rəhbərliyini, o cümlədən Zelenskini məhv etmək üçün aylarla Kiyevdə yaşayıb.

“Müharibə başlamazdan bir neçə həftə əvvəl Kiyevin yaxınlığında olmaq üçün Belarusdan keçib, bəziləri Kiyevə daxil olub hökumət məhəlləsini, Averyanova tabe olanları almağa hazırlaşırdılar... Onların sayı təxminən 30 nəfər idi, bu çox elit qrupdur...” - Qrozev bildirib.

Zelenskini öldürmək niyyətində olan Baş Kəşfiyyat İdarəsinin zabitləri arasında Petrov və Boşirov adlanan şəxslər hamıya məlumdur. Bundan əvvəl onlar İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripaçev və qızı Yuliyanı zəhərləməkdə ittiham olunurdular.

Qrozev iddia edir ki, xüsusi təyinatlıların bir hissəsi o vaxt öldürülüb, digərləri isə arxa cəbhəyə qayıdıb və Rusiyadan təxribat aksiyaları planlaşdırmağa başlayıb. Maraqlıdır ki, Rusiya xüsusi xidmət orqanları “ən gözəl” xüsusi əməliyyat keçirəcəyini və bununla da müharibəni bitirəcəyini vəd edib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti Qrozevin məlumatını hələlik şərh etməyib. Bununla belə, onun komandası bütün dünyada, o cümlədən Rusiya xüsusi xidmət orqanları ilə bağlı yüksək səviyyəli açıqlamaları ilə tanınır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4029
avatar

Oxşar yazılar