Britaniyanın “Wanted” adlı musiqi qrupunun solisti Tom Parker 33 yaşında vəfat edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, musiqiçinin həyat yoldaşı Kelsey bildirib ki, Pakerin beynində xərçəng ikinci övladlarının olacağını öyrəndikləri vaxtlarda aşkarlanıb:
"Uzun müddət müalicə alsa da şişi çıxartmaq mümkün olmayıb. Musiqiçi ötən gün səhər saatlarında beyin xərçəngindən dünyasını dəyişib".
Məlumata görə, Parkerin iki övladı var.