Rusiyanın Maqadan bölgəsində beşmərtəbəli binanın mənzilində baş verən yanğında bir qadın və üç uşaq ölüb.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Maqadan vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"1991-ci il təvəllüdlü qadın və üç uşağın meyiti aşkar edilib", - mətbuat xidmətindən bildirilib.
Ölən uşaqların 2-6 yaş arasında olduğu qeyd edilir.