Macarıstan XİN: Rusiya vətəndaşlarına viza verməyə  davam edəcəyik
27 sentyabr 2022 03:36 (UTC +04:00)

Macarıstan XİN: Rusiya vətəndaşlarına viza verməyə davam edəcəyik

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, tətbiq olunan sanksiyalara və müzakirələri davam edən 8-ci sankisaylar paketinə baxmayaraq Macarıstan höküməti Rusiya vətəndaşlarına Şengen vizası verməyə davam edəcək.

Lent.az SchengenVisaInfo saytına istinadla xəbər verir ki, macar nazir bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakı zamanı bəyan edib. 

“Viza müqaviləsinin mövcudluğu ilə proses bir qədər daha mürəkkəb və yavaş xarakter alır. Ancaq heç bir razılaşma olmadıqda belə, bu, o demək deyil ki, biz viza verməyəciyik. Təbii ki, biz prosedura uyğun olaraq viza verilməsini davam etdirəcəyik,”- deyə Siyarto bildirib. 
Qeyd edək ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza proseduruna dair sazişi iyulun 31-də ləğv edib. Bir neçə Avropa ölkəsi isə Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb. 
 

# 2130
avatar

Oxşar yazılar