Li Harvey Osvald dindirildikdən sonra Dallas Polis bölməsində. 23 noyabr 1963-cü il
24 fevral 2021 08:08 (UTC +04:00)

Li Harvey Osvald dindirildikdən sonra Dallas Polis bölməsində. 23 noyabr 1963-cü il

Kennedinin qətlində Xruşşov izi - DƏLİLLƏR ORTADA

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Ceyms Vulsi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovu günahlandırıb.

APA xəbər verir ki, bu barədə “New York Post” nəşrinin Vulsi ilə kommunist Rumıniyasının Xarici Kəşfiyyat İdarəsinin general-leytenantı İon Pacepa ilə yazdığı "Əjdaha Əməliyyatı: Kremlin Amerikaya Qarşı Gizli Müharibəsi" adlı kitabına istinad dərc etdiyi məqalədə bildirilir.

Müəlliflərə görə, Kennedini öldürən şəxs Li Harvey Osvald adlı KQB zabiti idi. İddiaya görə, SSRİ bu adamı 1957-ci ildə Yaponiyada ABŞ Donanmasında xidmət edərkən “əməkdaşlığa” cəlb edib. Bir sıra gizli tapşırıqları tamamladıqdan sonra Xruşşov ona ABŞ prezidentinə qarşı sərt addım atmağı şəxsən əmr edib.

"Osvald Sovet İttifaqında qalmaq istəsə də, Xruşşov onu Kennedini öldürmək üçün ABŞ-a qayıtmağa vadar edib. Osvald SSRİ-də bir qızla evlənir və 1962-ci ilin iyun ayında yenidən ABŞ-a göndərilir”, kitabda qeyd edilib.

Məqalədə daha sonra vurğulanıb ki, sonradan sovet hakimiyyəti Kennedini öldürmək "düşüncələrini dəyişdirir” və Osvalddan plandan imtina etməsi istənilir.

Müəlliflər Osvaldın "SSRİ-yə kor-koranə məhəbbət bəslədiyini" və əmrə tabe olmadığını vurğulayıblar.

Kitabda bu ifadələrə dair bütün dəlillər Varren Komissiyasının 26 cildlik hesabatında yer alıb. Ancaq sözügedən dəlillər o qədər "şifrələnmiş" şəkildə göstərilib ki, orada yazılanları hələ heç kim başa düşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2899

Oxşar yazılar

NATO genişmiqyaslı  təlimlərə başlayır

NATO genişmiqyaslı təlimlərə başlayır

31 mart 2025 , 07:18
Volkan Konak dünyasını dəyişdi

Volkan Konak dünyasını dəyişdi

31 mart 2025 , 05:53
Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

Zelenski ABŞ-la minerallarla bağlı müqavilədən imtina etmək istəyir

31 mart 2025 , 03:38
İranda DƏHŞƏTLİ QƏZA:  14 nəfər öldü

İranda DƏHŞƏTLİ QƏZA: 14 nəfər öldü

30 mart 2025 , 23:21
ABŞ Yəməni VURDU:  Ölən və yaralananlar var

ABŞ Yəməni VURDU: Ölən və yaralananlar var

30 mart 2025 , 21:47
Donald Tramp, ABŞ Prezidenti

"İran misli görünməmiş bombardmana məruz qalacaq"-Tramp

30 mart 2025 , 18:25
Riçard Çemberlen

Riçard Çemberlen vəfat etdi

30 mart 2025 , 18:17
Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

Maskın rəqibi uğursuzluqla üzləşdi-VİDEO

30 mart 2025 , 17:09