Keçmiş hərbçi təyyarəni qaçırdı,  sərnişinləri və pilotu bıçaqladı
18 aprel 2025 13:58 (UTC +04:00)

Keçmiş hərbçi təyyarəni qaçırdı, sərnişinləri və pilotu bıçaqladı

Belizdə bıçaqla silahlanmış şəxs “Tropic Air” markalı yüngül təyyarəni qaçırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə aprelin 17-də, cümə axşamı günü baş verib. İçərisində 14 sərnişin və iki ekipaj üzvü olan təyyarə Belizin Meksika ilə sərhədi yaxınlığında yerləşən kiçik Korozal qəsəbəsindən məşhur turizm məkanı San Pedroya uçurmuş.

Amerikalı Akinyel Taylorun təyyarəni qaçırmasından, iki sərnişin və pilotu yaraladıqdan dərhal sonra Beliz hakimiyyəti fövqəladə vəziyyət elan edib. Tezliklə yaralılardan biri cinayətkarı tapança ilə vuraraq onu məhv edə bilib.

“Anlaşılmaz təzyiqlərlə üzləşən pilotumuz qeyri-adi cəsarət və sakitliklə hərəkət etdi və təyyarəni təhlükəsiz yerə endirdi. Onun hərəkətləri qəhrəmanlıqdan başqa bir şey deyildi”, - deyə aviaşirkətin baş direktoru Maksimilian Qreyf bildirib.

Rəsmilər xəsarət alan iki sərnişin və pilotun xəstəxanada olduğunu bildiriblər. Onlardan biri kürəyindən bıçaqlanıb, ağciyəri deşilib və vəziyyəti ağır olaraq qalır.

Beliz polisinin komissarı Çester Uilyams təyyarəni qaçıran şəxsin ABŞ hərbi veteranı olduğunu bildirib. Lakin ABŞ rəsmiləri bu açıqlamanı təsdiq edə bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar