İsrail kəşfiyyatından İrandakı etirazlarla bağlı MARAQLI PROQNOZ
07 dekabr 2022 14:31 (UTC +04:00)

İsrail kəşfiyyatından İrandakı etirazlarla bağlı MARAQLI PROQNOZ

İsrail hərbi kəşfiyyatının baş analitiki Amit Saar deyib ki, İranın ruhani hökmdarları ölkəni bürüyən etirazlardan toxunulmaz çıxıb illərlə hakimiyyətdə qala bilərlər.

Lent.az-ın “Reuters”ə istinadla məlumatına görə, İsrail hərbi kəşfiyyatının tədqiqatının rəhbəri kimi milli strateji proqnozlara cavabdeh olan briqada generalı Amit Saar deyib: "Belə görünür ki, repressiv İran rejimi bu etirazlardan sağ çıxa biləcək".

Onun fikrincə, İrandakı rejim bu cür etirazlarla mübarizə aparmaq üçün çox, çox güclü alətlər yaradıb: “Ancaq düşünürəm ki, bu etirazlar sönsə belə, baş vermə səbəbləri qalacaq və beləliklə, İran rejiminin qarşıdakı illər üçün problemi daha çox olacaq”.

İsrailin hərbi kəşfiyyat komandiri general-mayor Aaron Haliva isə əlavə edib ki, uzunmüddətli perspektivdə bu rejim yaşaya bilməz: “Mən tarix deyə bilmərəm. Biz peyğəmbər deyilik”. 

# 2556
avatar

Oxşar yazılar