Britaniya polisi iş yerində bir neçə dəfə həmkarı ilə cinsi əlaqədə olduğu üçün saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2021-ci ildə baş verən qalmaqalın mərkəzində Sasseks dairəsindən bir müfəttiş olub. Evli kişi itkin düşənlərin axtarışı şöbəsində xidmət edib.
O, yaxınlıqdakı binada bir ofisdə xeyriyyə təşkilatında çalışan qadınla tanış olub. Polis əməkdaşı ilə qadın arasında romantik münasibət yaranıb.
Dindirilmə zamanı qadın müfəttişlə həftədə bir neçə dəfə cinsi əlaqədə olduğunu, bir neçə dəfə isə polisin iş vaxtı olduğunu bildirib. Üstəlik, o, telsizi çarpayının yanındakı stolun üstündə qoyub, həmkarlarının söhbətlərinə qulaq asıb.
Qeyd olunur ki, qadın münasibətləri kəsmək üçün polisin həyat yoldaşına özü məlumat verib.