İranda yəhudi edam edildi
04 noyabr 2024 15:44 (UTC +04:00)

İranda yəhudi edam edildi

Noyabrın 4-də İran mediası maliyyə fikir ayrılıqlarına görə mübahisə etdiyi Amir Şükrini qətlə yetirməkdə təqsirli bilinən Kirmanşah şəhərinin yəhudi sakini 20 yaşlı İrvin Nataniel Kermaninin edam edilməsi barədə məlumat yayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kermani hərəkətlərinin özünü müdafiə məqsədi daşıdığını iddia edərək, iki il yarımdan çox həbsxanada yatıb, lakin şikayəti rədd edilib.

İHRNGO insan haqları təşkilatı edamın Kirmanşah həbsxanasında həyata keçirildiyini bildirib. Natanielin ailəsi Şükrinin ailəsinə təzminat təklif edərək onu ölüm hökmündən xilas etməyə çalışsa da, mərhumun yaxınları edamda israr ediblər.

İran qanunlarına görə, qurbanın ailəsi belə bir qərarla razılaşarsa, qətlə görə məhkumluq təzminatla əvəz edilə bilər. Lakin yəhudi icması və beynəlxalq təşkilatların nümayəndələrinin qərara təsir etmək cəhdlərinə baxmayaraq, cəhdlər nəticəsiz qalıb.

Qeyd edək ki, İran son bir ildə edamların sayını xeyli artırıb ki, bu da insan haqları təşkilatlarının narahatlığına səbəb olub. Onların fikrincə, ölkədə bir neçə saatdan bir adam edam edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar