İngiltərədə 5 iranlı terrora görə  TUTULDU
08 may 2025 13:03 (UTC +04:00)

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

Ötən həftə Britaniyada İsrailin Londondakı səfirliyinə hücum planlaşdırmaqda şübhəli bilinən 5 İran vətəndaşı saxlanılıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, terror qruplaşması Britaniya paytaxtının qərbində, Kensinqtonda yerləşən İsrail səfirliyinə hücum planlaşdırıblar. Məlumata görə, onlar planın ən son mərhələsində ələ keçiriliblər. Əks halda iranlılar bir neçə saat ərzində planlarını həyata keçirə bilərdilər.

Mənbələr İran vətəndaşlarının saxlanılması əməliyyatında terrorla mübarizə bölməsinin polis əməkdaşlarının və hərbçilərin iştirak etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar