Hindistanın şimalındakı Quruqram şəhərindəki bir restoran şəkər və ədviyyatlardan hazırlanmış ağız təravətləndiricisinə quru buz qataraq müştərilərə təqdim edib.
Lent.az xəbər verir ki, qarışığı qəbul edən beş nəfərin ağızından qan axmağa və qusmağa başlayıblar.
İddialara görə, restoranda bir qrup müştəriyə şəkər və ədviyyatlı ağız təravətləndiricisi qatılmış quru buz təqdim edilib.
Şənbə günü, martın 2-də baş verən hadisədən sonra bütün müştərilər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən müştərilərdən ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Restoran müdiri “xəsarət və zəhərlənmə” ittihamı ilə həbs edilib.
Hindistan polisi müştərilərə verilən qarışığın tərkibində müvəqqəti soyutma üçün istifadə edilən karbon dioksidin bərk forması olan quru buz olduğunu bildirib.
Ağız təravətləndiricisi ənənəvi olaraq bəzi hind restoranlarında yeməkdən sonra verilir. Ənənəyə riayət etmək istəyən müştərilər axşam yeməyindən sonra ofisiantın təqdim etdiyi ağız təravətləndiricisindən istifadə edirdilər.
Spreydən istifadə etdikdən sonra müştərilərin ağızları yanmağa və qanamağa başlayıb, bəziləri isə qusub.
Sosial mediada sürətlə yayılan görüntülərdə müştərilərin ağrıdan qışqırdığı, bəzilərinin yanma hissindən xilas olmaq üçün ağızlarına buz qoyaraq su içdiyi görülüb.
Müştərilər ifadələrində restoran işçisinin onlara kömək etmədiyini bildiriblər.
Restoran sahibinin axtarışları davam edir.