Keniyada paytaxt Nayrobidəki Milli Parkda iki təyyarənin toqquşması nəticəsində 2 nəfər ölüb, 44 sərnişin isə xəsarət almayıb.
Lent.az xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
Bildirilir ki, Nayrobidən Dianiyə uçan təyyarə ilə təlim təyyarəsi toqquşub. Hadisə nəticəsində hər iki hava gəmisinin pilotu ölüb.
Polisin məlumatına görə, sərnişin təyyarəsi daxili reyslərin getdiyi Vilson hava limanına eniş edə bilib.