Hizbullah İrandan asılı olmayaraq İsraili vura bilər  - İDDİA
08 avqust 2024 10:14 (UTC +04:00)

Hizbullah İrandan asılı olmayaraq İsraili vura bilər - İDDİA

Livanın Hizbullah hərəkatı İranın hərəkətlərindən asılı olmayaraq yaxın günlərdə İsrailə qarşı hücuma keçə bilər.

Lent.az xəbər verir ki, bu barədə CNN kəşfiyyat məlumatı ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

İddia olunur ki, Hizbullah İranla müqayisədə hücum hazırlamaqda daha sürətlə hərəkət edir və bu, yaxın günlərdə baş tuta bilər. Mənbələr həmçinin vurğulayırlar ki, İsraillə ortaq sərhəd olduğu üçün Hizbullah İrandan fərqli olaraq qəfil hücumlar təşkil edə bilər.

İran və Hizbullah HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin və Hizbullah hərbi komandiri Fuad Şükrün intiqamını alacaqlarına söz verib və hadisələrdə İsraili günahlandırıb. İsrail rəsmiləri İsmayıl Haniyənin ölümündə əli olduqlarını nə təsdiq, nə də təkzib ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar