Hindistanda noyabrın 4-də dişi aslan yeddi yaşlı qızı meşəyə sürüyərək onu orada parçalayıb.
Lent.az xəbər verir ki, bu barədə “Lokmat Times” nəşi məlumat yayıb.
Uşağa hücum qız anası ilə fermadan evə qayıdarkən baş verib.
Qeyd olunur ki, bu, son iki həftə ərzində ikinci belə haldır.
Bundan əvvəl, oktyabrın 21-də aslan evinin yanında oynayan beş yaşlı uşağı öldürüb.