Əvvəlcə İsmayıl Haniyənin may ayında İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edərkən öldürülməsi planlaşdırılıb.
HƏMAS lideri İsmayıl Haniyənin məhvini İsrail kəşfiyyat xidməti Mossad təşkil edib və bu məqsədlə İran təhlükəsizlik xidmətinin agentlərini işə götürüb.
Lent.az bildirir ki, bu barədə “The Telegraph” öz mənbələrinə istinadən yazır.
Bildirilir ki, ilkin planın may ayında İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edən İsmayıl Haniyəni öldürmək olub. Lakin binada insanların çoxluğu və uğursuzluq ehtimalının yüksək olması səbəbindən əməliyyat baş tutmayıb.
“Əvəzində iki agent İranın şimalında, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Həniyənin qaldığı otelin üç otağına partlayıcı qurğular yerləşdiriblər... Ehtimal olunur ki, əməliyyatçılar ölkədən çıxa biliblər, lakin onlar çərşənbə günü gecə saat 2-də Haniyənin qaldığı otaqda onlar xaricdən gətirilən partlayıcıları işə salıblar”, - “The Telegraph” yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Mossad yüksək rütbəli məmurların təhlükəsizliyinə cavabdeh olan “Ənsar əl-Mehdi” təhlükəsizlik bölməsindən agentlər cəlb edib.
Qonaq evinin daha iki otağında da əlavə partlayıcı qurğular aşkar edilib.
“The Telegraph” yazır ki, İran İnqilabı Keşikçiləri Korpusu hazırda ilk növbədə Livan “Hizbullah”ının və İranın digər etibarlı qüvvələrinin iştirak edəcəyi Təl-Əvivə birbaşa zərbə endirmə ehtimalını nəzərə alaraq, cavab variantlarını qiymətləndirir.
Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahında öldürülüb. Səudiyyə Ərəbistanının “Al Hadath” nəşrinin məlumatına görə, Haniyənin şəxsi iqamətgahı idarə olunan raketlə vurulub. Bundan az qala dərhal sonra hücumun arxasında İsrailin dayandığına dair xəbərlər yayılıb.
CNN öz mənbələrinə istinadən xəbər verir ki, Haniyə təxminən iki ay əvvəl qaldığı qonaq evinə qoyulan bomba nəticəsində öldürülüb.