ABŞ-ın Detroit şəhərində yerli avtoyuma məntəqəsinin mərhum sahibinin şərəfinə keçirilən tədbir çərçivəsində helikopterdən yoldan keçənlərin üzərinə yüzlərlə dollar atılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədbirlə əlaqədar küçə müvəqqəti bağlanıb və tezliklə çoxlu insanlar pul almağa toplaşıblar.
Həyəcanlı olmasına baxmayaraq, heç bir münaqişə baş verməyib, yarım saat ərzində nəqliyyatın hərəkəti bərpa olunub.