Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan bir neçə min məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.
Milli insan haqları şəbəkəsinin baş katibi Pyer Esperans çoxlu məhbus cəsədi saydıqlarını bildirib.
Həbsxananın ətrafına baş çəkən agentliyin müxbiri güllə yaraları olan 10-a yaxın cəsədi görüb.