Hamiləyəm deyib  sevgilisini aldadan qadın həbs olundu
24 mart 2025 11:36 (UTC +04:00)

Hamiləyəm deyib sevgilisini aldadan qadın həbs olundu

İki dəfə özünü hamilə kimi göstərən və yoldaşını aldadaraq buna inandıran britaniyalı qadın həbsxanaya göndərilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Staffordşir ştatının sakini, 23 yaşlı Libbi Vernon internetdə bir gənclə tanış olub və ona ona təcavüz etdiyi iddia edilən keçmiş sevgilisindən əkizlərə hamilə olduğunu deyib. O, öz evinin olduğunu, ipoteka götürdüyünü, lakin bütün bunların yalan olduğunu bildirib.

Yeni sevgilisi uşaqları birlikdə böyütməyə razılaşsa da, sonradan qız ona embrionlardan birinin inkişafını dayandırdığını söyləyib. Bundan sonra cütlük itkini müzakirə edib və kədərləniblər.

2023-cü ilin dekabrında Vernon kişiyə ağ papaq geyinmiş uşağın şəklini üzərində 
“Kimsə sizinlə görüşmək istəyir” yazısı, daha sonra uşağın avtomobil oturacağında və beşikdə çəkdirdiyi şəkilləri göndərib. Ardınca gənc anadan körpənin nəfəsinin kəsildiyini bildirən “çılğın mesaj” gəlib.

Onun sözlərinə görə, təcili yardım hər ikisini xəstəxanaya çatdırsa da, körpəni xilas etmək mümkün olmayıb.

2024-cü ilin qışında cütlüyün münasibəti daha da güclənib. Vernon sevgilisinə yenidən hamilə olduğunu və yenidən əkiz olacağını söyləyib. Gənc oğlan uşaqları ilə birlikdə yaşayacaqlarını güman etdiyi bir ev tapıb və lazımi şərait düzəldib. Lakin Vernon doğum şöbəsinə yalançı qarınla gələndə diqqətlə planlaşdırılan saxtakarlıq üzə çıxıb.

Britaniyalı qadın bu davranışının səbəbləri ilə bağlı suala cavab verə bilməyib. Məhkəmə onun 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar