Gürcüstandan Ukraynaya  könüllülər   getdi
01 mart 2022 17:37 (UTC +04:00)

Gürcüstandan Ukraynaya könüllülər getdi

Artıq bir qrup könüllü avtobusla Tbilisidən Ukraynaya  yola düşüb.

Lent.az bildirir ki, bu barədə Gürcüstan mediasında məlumat yayılıb.

Məlumata görə, təxminən 60 nəfərdən ibarət qrup hərbi və tibbi yardım üçün könüllü olaraq Ukraynaya yollanıb.

Qeyd edək ki, bir qrup isə Ukraynaya Tbilisi hava limanından yola düşəcək.

Məlumat üçün qeyd edək ki, müxtəlif vətəndaşlar, o cümlədən həkim Vaja Qaprindaşvili könüllü kimi Ukraynaya getmək istədiklərini bildiriblər. Onun sözlərinə görə, çarter reysi yerinə yetirilməli idi, lakin sonradan Ukrayna səfirliyinin hərbi attaşesi Gürcüstan hökumətinin reysin Tbilisiyə enməsinə icazə vermədiyini bildirib.

Ukraynanın baş naziri Denis Şmiqal bu məsələyə öz sosial media hesbından münasibət bildirib:

“Cəsur gürcü qardaşlar Ukraynaya kömək etmək üçün hava limanında uçuş üçün gözləyirlər. İnşallah, İrakli Qaribaşvili cəsarət göstərib uçuş icazəsi verəcək.

Azadlıqsevər gürcü xalqı, baş nazirinizə düzgün qərar verməyə kömək edin!”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Sevinc Fərid

Oxşar yazılar