“Gürcü arzusu” 54,24% səslə  seçkilərdə liderdir - YENİLƏNİB
27 oktyabr 2024 08:15 (UTC +04:00)

“Gürcü arzusu” 54,24% səslə seçkilərdə liderdir - YENİLƏNİB

Şənbə günü keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası 54,24% səslə liderdir.

Lent.az xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda seçki məntəqələrinin 97%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.

MSK-nın məlumatına görə, “Gürcü Arzusu” 54,243%, “Dəyişiklik Koalisiyası” 10,805%, “Birlik – Milli Hərəkat” partiyası 10,07%, “Güclü Gürcüstan” 8,722%, “Gürcüstan üçün Qaxariya” partiyası isə 7,725% səs toplayıb.

***

02:21

“Gürcü arzusu” 55,3% səslə seçkilərdə qalib gəlib.

Lent.az xəbər verir ki, bu haqda Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda seçki məntəqələrinin 54%-dən çoxunun məlumatlarının əl ilə sayıldığı bildirilir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Gürcü Arzusu” 55,327%, “Dəyişiklik Koalisiyası” 10,529%, “Birlik – Milli Hərəkat” partiyası 9,755%, “Güclü Gürcüstan” 8,527%, “Gürcüstan üçün Qaxariya” 7,45% səs toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Oxşar yazılar