2024-cü ildə dünyanın ən yaxşı xizək kurortlarının yeni reytinqi təqdim edilib.
Lent.az-ın məlumatına görə, sözügedən siyahıda lider İsveçrə seçilib.
Burada turistlərə ümumilikdə 225 kilometr müxtəlif çətinlikdə olan xizək enişləri və 40-dan çox lift təklif edir. Həmçinin, böyüklər üçün bir günlük xizək keçidinin qiyməti 92,28 avroya başa gəlir.
İkinci və üçüncü yerləri Avstriyanın “Sölden” və “SkiWelt Wilder Kaiser”, “Brixental” kurortları tutublar. Burada isə turistlər üçün gündəlik xizək qiymətləri müvafiq olaraq 72,60 və 68,62 avroya başa gəlir.
Ümumiyyətlə, reytinqdə ilk 20 yeri münasib qiymətləri olmayan İsveçrə, Avstriya, İtaliya və Fransanın xizək kurortları tutub. Orada böyüklər üçün gündəlik xizək qiyməti nadir hallarda 60 avrodan aşağı olur.
Eyni zamanda, ən ucuz xizək və snoubord xərcləri Slovakiyanın “Bachledova”, “Jezersko”, “Frankova” və Fransanın “Sainte-Foy-Tarentaise” kurortlarındadır. Sözügedən kurortlar uyğun olaraq reytinqdə 200 və 156 yerləri tutublar. Orada böyüklər üçün bir günlük bilet 34,81 avro dəyərindədir.
Üçüncü ən ucuz kurort Çexiyadakı “Spitsak”dır. Burada xizək sürmək üçün günə 36,07 avro ödəmək lazım gəlir.
Ləman SƏRRAF