Payız gəldi, üzdü getdi hər şey...- Bakı sular içində  -VİDEO
28 oktyabr 2024 10:46 (UTC +04:00)

Payız gəldi, üzdü getdi hər şey...- Bakı sular içində -VİDEO

Yenə yağdı, yenə Bakı sulara qərq oldu...

Görəsən bizə də Hindistandakı kimi Musson yağışları yağsaydı nə edərdik? Allah ildə bir-iki dəfə yağdırır, onda da gözünə işıq düşmüş dovşan kimi iflic olub qalırıq. Allah bir az tez-tez yağdırır ki, bəlkə dərs alaq, görür yox biz dərs, zad almırıq. Heç nəticə də çıxarmırıq. Yaponiyada məmurlar işə götürülməmişdən qabaq onlar bir şüarla tanış edilir və işlədikləri müddətdə bu devizlə hərəkət edirlər. Təbii fəlakətin qabağı o başlanmamışdan qabaq alınmalıdır. Yəni, yolunu, binanı, kanalizasiya, su, istilik sistemlərini elə qur, elə tənzimlə ki, lazım gələndə işlək və hazırlıqlı vəziyyətdə olsun.

Təbii fəlakət baş verəndən sonra nəyə hazır olmadığımızı görürük, onda da sağ olsun, Bakı meri, deyir ki, görünür müəyyən nöqsanlara, qüsurlara yol verilib deyir, söhbət bununla bağlanır. Paytaxtımız dönüb olur Venesiya.

Hələ bu bir metr hündürlüyündə qar yağışı deyil, 3-4 gün davam edən fırtına deyil, Katrina qasırğası deyil. Sadəcə gözlənilən payız havasıdır. Amma heç romantik deyil.


Lent.az-ın təqdim etdiyi video bu gün - 28 oktyabrda çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar