Qeybət insanın dil açmasına səbəb olubmuş - Maraqlı ARAŞDIRMA
28 oktyabr 2024 12:20 (UTC +04:00)

Qeybət insanın dil açmasına səbəb olubmuş - Maraqlı ARAŞDIRMA

Dedi-qodu nitq ortaya çıxdığı andan  insan vaxtının 20%-ni almağa  başlayıb. Boş söhbətlərin və qohumların müzakirəsinin köməyi ilə qədim insanlar böyük icmalarda sosial əlaqələri qoruya və dili inkişaf etdirə biliblər.

Lent.az xəbər verir ki, bitaniyalı antropoloq Robin Dunbar bildirib ki, primatlar vaxtlarının təxminən 20%-ni baxım işlərinə - dərilərinə qulluq etməyə və qrupdakı bağları qorumaq üçün qohumlarından parazit axtarmağa sərf edirlər.

İnsanlar isə heyvanlardan fərqli olaraq özlərinə qulluq etmək əvəzinə dedi-qodu ilə də məşğul olublar.

“Nitqin meydana çıxmasından bəri, icmaları formalaşdıran və sosial münasibətləri yaratmağa  kömək edən məhz "boş söhbətlər" və müzakirələr olub.

Müasir dünyada vaxtımızın 20% -ni dedi-qoduya sərf etməyə davam edirik, çünki qeybət bir növ əyləncə, mənfi enerjini boşaltma vasitəsi və "sosial yapışqan"dır”- deyə alim bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar