“Google Maps”in səhvinə görə adam öldü
22 sentyabr 2023 13:22 (UTC +04:00)

“Google Maps”in səhvinə görə adam öldü

Amerikada bir kişi telefonun xəritə tətbiqinin səhvinə görə dünyasını dəyişib. 

Lent.az “BBC News”a istinadən xəbər verir ki,  mərhumun qohumları texnologiya nəhəngini məhkəməyə veriblər. 

Faciə 2022-ci ilin sentyabrında Şimali Karolina ştatının Hikori şəhərində baş verib. 

İki uşağı olan Paxson adlı kişi, qızının 9 yaşını dostları ilə qeyd etdikdən sonra evə qayıtmağa çalışıb. Bu zaman yerli yolları bilmədiyi üçün Paxson “google” xəritədən istifadə edib. Ancaq xəritə sürücünü yanlış istiqamətə apararaq, qəzalı körpüdən keçməyə vadar edib. Bu zaman körpü uçub və adam gölə düşüb. Paxson suda boğularaq həyatını itirib. 

Qeyd edilir ki, yerli əhali dəfələrlə “Google” şirkəti ilə əlaqə saxlayıb və  2013-cü ildə körpünün uçması ilə bağlı xəbərdarlıq edərək, onlayn xəritələrdə dəyişikliklər etməyi tələb edib. 

Şirkət iddiaları araşdırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2681

Oxşar yazılar

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55