Fərdi evlərə texniki şərtlər necə alınır? - VİDEO
02 iyun 2023 20:25 (UTC +04:00)

Fərdi evlərə texniki şərtlər necə alınır? - VİDEO

Mayın 1-dən etibarən fərdi yaşayış evlərinə texniki şərtlər necə alınır? Qapı keçidi quraşdırmaq istəyənlər nə etməlidir? Suallara “Açıq qapı”da aydınlıq gətirildi

Lent.az xəbər verir ki, “Qaz tələbatı 10 kub metrə qədər olan fərdi yaşayış evlərinin qazlaşdırılması üçün texniki şərtlərin verilməsi "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə artıq həyata keçirilməyə başlanılıb. Bunun üçün vətəndaşlar mülkiyyəti təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi ilə birlikdə qeyd edilən mərkəzlərə yaxınlaşmalıdır.

Texniki şərtin verilib-verilməyəcəyi isə araşdırmalardan sonra aydın olacaq”. Bunu Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında bildirib. Şöbə rəisi, həmçinin vətəndaşların öz vəsaitləri hesabına quraşdırılan qapı keçidləri üçün müraciətlərə də toxunub. Teymur Cəfərov bildirib ki, qapı keçidi üçün hər bir vətəndaş müvafiq qaz xidmət sahəsinə müraciət etməlidir. Daha sonra verilən sxem üzrə abonent razılaşdığı podratçı şirkət tərəfindən qapı keçidinin quraşdırılmasını həyata keçirə biləcək.

Aksiyada çıxış edən Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə cari ilin ilk 4 ayı ərzində Birliyə daxil olan müraciətlərin sayını açıqlayıb. Şöbə rəisi bu rəqəmlərin ötən ilin anoloji dövri ilə müqayisədə azaldığını bildirib.

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186

Oxşar yazılar

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

Qələbə yürüşünün iştirakçıları saxlanıldı

9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26