PKK terror təşkilatının “yüksək səviyyəli” terrorçularından biri Suriyada Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həbs edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan özünün rəsmi Twıtter səhifəsində yazıb.
Türkiyə Prezidenti “Burada millətimizə xoş bir xəbər vermək istəyirəm. Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri "Doktor Hüseyin" kod adlı Selman Bozkır, dünən Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib” deyə Twıtter səhifəsində yazıb.
- Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub
- Bu rayonlara qar yağıb, 11 dərəcə şaxta olub - FAKTİKİ HAVA
- Havanın temperaturunun kəskin enməsinin təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bütün dostlara millətim adından təşəkkür edirəm. Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün "inkubasiya mərkəzi" kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”.