Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətləri geri götürüb.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Ərdoğanın vəkili Hüseyn Aydın Ərdoğanın İYİ Partiyasının keçmiş sədri Meral Akşenerə qarşı iddia və şikayətlərdən imtina etdiyini açıqlayıb.
Sosial media hesabından açıqlama verən Aydın bildirib: "Hörmətli prezidentimiz Meral Akşenerlə bağlı iddia və şikayətlərdən imtina edib. Bu çərçivədə prezidentin təhqir edilməsi ilə bağlı açılan 3 istintaq işindəki şikayətlərdən imtina edilib, 4 mülki iddia tələbi ilə bağlı iddialar qaldırılıb. mənəvi ziyandan imtina edilib”.