Əfqanıstanın hərbi təyyarəsi Özbəkistanda qəzaya uğradı
16 avqust 2021 13:49 (UTC +04:00)

Əfqanıstanın hərbi təyyarəsi Özbəkistanda qəzaya uğradı

Özbəkistanda Əfqanıstan Hərbi Hava Qüvvələrinin nişanları olan təyyarə qəzaya uğrayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, təyyarə qəzası Surxandarya vilayətinin Şerabad rayonunda baş verib.

Qəza zamanı beş əfqan hərbçisi yaralanıb. Həmçinin, Özbəkistanın bir hərbçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu hadisənin Əfqanıstan təyyarəsinin qəzaya uğraması ilə əlaqəli olub-olmadığı hələ məlum deyil.
 

# 2538
avatar

Oxşar yazılar