Rusiya ordusunun Ukraynanın liman şəhəri Mariupoldakı xəstəxanaya hücumundan sağ çıxan hamilə qadın şənbə günü körpəsini dünyaya gətirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq bu gün dünyanı göz yaşlarına qərq edən bir xəbər yayılıb.
Associated Press fotomüxbiri Yevgeni Maloletka hamilə qadını günlərdir Rusiyanın mühasirəsi və bombardmanı altında olan şəhərin xarabalığa dönən xəstəxanasından xərəkdə aparan zaman çəkib.
Həmin foto bütün dünyada rezonans doğurub. Rusiya tərəfi xəstəxanaya hücumu həm təsdiq, həm də təkzib edir, qadının əslində sosial media fenomeni olduğunu bildirirdi.
Bu gün isə hücuma məruz qalan uşaq xəstəxanasından qaçmağı bacaran ana və körpəsinin dünyasını dəyişdiyi açıqlanıb.