Dəhşətli yağış yağdı:  Evlər dağılır, qaçmağa yer yoxdur  - FOTO
08 oktyabr 2021 11:39 (UTC +04:00)

Dəhşətli yağış yağdı: Evlər dağılır, qaçmağa yer yoxdur - FOTO

Aralıq dənizi ölkəsini öz təsiri altına alan güclü yağış, Avropa tarixində indiyədək baş verən ən şiddətli yağıntı hesab olunur. Körpülər dağılır, evləri su basır...

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, yağışdan ən çox zərər görən şəhər Ligurian dənizi sahilindəki Savonadır. İtaliyanın şimal-qərbində bir ərazi 12 saat ərzində 75 santimetr yağan yağışdan sonra su altında qalıb. Bu, Avropada indiyə qədər baş verən ən dəhşətli yağıntıdır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə, yağış yağmağa davam edərkən küçələrdən sel gəldiyi, divarların və binaların çatlarından suların axdığı müşahidə olunub. Başqa bir videoda, çay sahilindəki binaların birinci mərtəbəsinin yarısına qədər su ilə dolduğu, axan suyun maşınları və dağıntıları özü ilə bərabər apardığı görüntülənib.

Məlumata görə, Quiliano qəsəbəsində bir körpü çöküb. Digər şəhər Camporossodakı COVID-19 peyvənd mərkəzi bağlanıb. Liguriyanın ən sıx məskunlaşılan bölgəsi olan Cenova liman şəhər səlahiyyətliləri məktəbləri bir günlük bağlayıb və parkların, qəbiristanlıqların da bağlanmasını əmr edib. Güclü yağışlar nəticəsində Venesiyadakı Müqəddəs Mark Meydanını su basıb.

Məlumatlara görə, bu cür hava şəraiti tarlaları, otlaqları, tövlələri və əkinçilik texnikasını viran qoyub, yolları bağlayıb və ölkə daxilində sürüşmələrə səbəb olub. İtaliyada kənd təsərrüfatı sənayesinin bu il hava şəraitinin kəskin dəyişməsi nəticəsində 2 milyard avrodan çox zərər gördüyü təxmin edilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3500

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51