DƏHŞƏTLİ GÖRÜNTÜ:   Oğul ölən anasını yandırmağa belə apardı
30 aprel 2021 23:12 (UTC +04:00)

DƏHŞƏTLİ GÖRÜNTÜ: Oğul ölən anasını yandırmağa belə apardı

Hindistanın Andhra-Pradeş ştatının Killoyi kəndinin 50 yaşlı sakininin ürək ağrıdan görüntüləri internetdə yayımlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın koronavirusdan ölüb və oğlu Narendra və kürəkəni Rameş təcili yardım çağıra bilmədikləri üçün yandırma bürosuna aparılmalı olurlar.

Kadrdan görünür ki, COVID-19 qurbanı olan qadının meyiti motosikletdə oğlu və kürəkəninin arasında yerləşib. Onlar yola davam etməzdən əvvəl dəhşətli vəziyyəti polisə izah etməlidirlər.
 
Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi ölkəni “koronavirus fırtınası” sarsıtdığını söyləmişdi. Ölkədəki xəstəxanalarda yataq və tibbi oksigen tükənir və həkimlər artıq bu qədər işin öhdəsindən gələ bilmirlər.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Oxşar yazılar