Belarusun Mozır şəhər "morqu" meyitlərlə doludur.
Lent.az-ın Ukrayna KİV-nə istinadən xəbərinə görə, bu barədə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın mətbuat katibi Anna Krasulina xəbər yayıb.
Onun sözlərinə görə, hazırda Mozır meyitxanalarında Ukraynaya döyüşmək üçün gələn və həlak olan onlarla çeçen döyüşçüsünün cəsədi var.
Həmin meyitləri Çeçenistana göndərməyə tələsmirlər. Bunun böyük narazılığa səbəb olacağını düşünürlər.