Bu ölkədə qadınlara da hərbi xidmət   məcburi oldu
27 mart 2025 05:43 (UTC +04:00)

Bu ölkədə qadınlara da hərbi xidmət məcburi oldu

Danimarkanın Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların da həqiqi hərbi xidmətə cəlb olunacağını açıqlayıb.

Lent.az xəbər verir ki, indiyə qədər Danimarkada qadınlar yalnız könüllü olaraq hərbi xidmətdə ola bilərdilər.

Hərbi xidmət 18 yaşdan yuxarı kişilər üçün məcburi idi. Danimarka qadınları məcburi hərbi xidmətə cəlb etməyi və hərbi xidmət müddətini uzatmağı planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, Danimarka hökuməti növbəti 5 il ərzində müdafiə büdcəsini 6 milyard dollar artıraraq NATO-nun xərc hədəflərinə çatmaq istədiyini açıqlayıb.

Hərbi büdcə ilə bağlı planları açıqlayan Danimarkanın baş naziri Mette Frederiksen bu addımın tam olaraq gender bərabərliyini təmin edəcəyini açıqlayıb.

Bundan başqa hərbi xidmət müddəti də 11 aya qədər artırılacaq.

Xatırladaq ki, Danimarka Norveç və İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.

Ötən il hərbi xidmətə gedən 4700 nəfərin təxminən dörddə biri qadınlardır. Təxminən 6 milyon əhalisi olan ölkədə 9 mini peşəkar olmaqla 20 min əsgər var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1418

Oxşar yazılar