Meymunçiçəyi virusu ilk dəfə Amerikada uşaqlarda aşkarlanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yoluxma Kaliforniyada və Vaşinqtonda 2 uşaqda qeydə alınıb. Uşaqların səhhəti yaxşıdır. Hazırda onların necə və hansı yolla yoluxduqları araşdırılır.
Qeyd edək ki, ABŞ-da meymunçiçəyi virusu indiyədək ən azı 8-i qadın olmaqla 2800-dən çox insanda görülüb.
Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma səpkilərə səbəb ola bilər.