ABŞ-ın keçmiş prezidenti Bill Klinton
15 oktyabr 2021 09:05 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Bill Klinton

Bill Klinton xəstəxanaya yerləşdirildi

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 1993-2001-ci illərdə ABŞ-ın 42-ci prezident olan Klintonun qanında infeksiya aşkarlanıb.

Keçmiş prezidentin səhhəti ilə bağlı açıqlama verən həkimlər bildirib ki, iki günlük müalicədən sonra onun səhhəti artıq yaxşılaşır. Bir neçə gündən sonra Klintonun evə buraxılacağı gözlənilir.

Həkimlərin bildirdiyinə görə, xəstəliyin COVID-19 virusu ilə heç bir əlaqəsi yoxdu və bu yaş qrupundan olan insanlarda belə hallara tez-tez rast gəlinir.

Qeyd edək ki, Bill Klinton 2004-cü ildə ürək əməliyyatı keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Nigar Adil

Oxşar yazılar