Beynəlxalq Cinayət Məhkəməsi baş prokurora  cinayət işi açdı
09 noyabr 2024 11:27 (UTC +04:00)

Beynəlxalq Cinayət Məhkəməsi baş prokurora cinayət işi açdı

Beynəlxalq Cinayət Məhkəməsi öz baş prokuroru Kerim Xana qarşı təzyiq ittihamı ilə istintaq açacaq.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Beynəlxalq Cinayət Məhkəməsinin rəhbər orqanı onun baş prokuroru Kərim Xana qarşı cinsi istismarda ittiham olunması ilə bağlı kənar təhqiqata başlayacaq”, - nəşr qeyd edib.

Agentlik yazıb ki, proses zamanı Xanın istefası tələb olunub. Prokuror özü ittihamları rədd edir və BCM-nin daxili nəzarət orqanından vəziyyətin araşdırılmasını xahiş edib.

Məlumata görə, xarici təhqiqat noyabrın 7-də BCM-nin iştirakçısı olan dövlətlərin Assambleyası tərəfindən razılaşdırılıb. Xanın İsrailin baş naziri Binyamin Netanyahu, İsrailin müdafiə naziri və HƏMAS liderlərinə qarşı həbs orderi tələbi də nəzərdən keçirilir. Baş prokuror deyir ki, ona qarşı ittihamlar onun ofisinə qarşı dezinformasiya kampaniyası ilə üst-üstə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392
avatar

Oxşar yazılar