Belarusda hərbi təyyarə qəzaya uğradı, pilotlar öldü -  VİDEO
19 may 2021 14:46 (UTC +04:00)

Belarusda hərbi təyyarə qəzaya uğradı, pilotlar öldü - VİDEO

Belarus Hərbi-hava qüvvələrinin təyyarəsi Baranoviç hava limanından qalxarkən qəzaya uğrayıb. 

Lent.az-ın Belarus mediasına istinadla verdiyi xəbərə görə, hadisə mayın 19-da günorta saatlarında ba verib. Yüksək sürətlə hərəkət edən təyyarə Roza Lüksemburq küçəsindəki şəxsi evin üzərinə düşüb. 

İlkin məlumata görə, pilotlar katapult etməyi bacarıb və hazırda vəziyyətləri ağırdır. Digər məlumata görə, pilotların hər ikisi həlak olub.

Belarus Müdafiə nazirliyindən, yaxud Fövqəladə halla xidmətindən hələ ki rəsmi açıqlama verilməyib. 
 

 

Belarusda hərbi təyyarə qəzaya uğradı

# 4026
avatar

Oxşar yazılar